İqor Talkovun qətli ilə bağlı istintaq 33 il sonra yekunlaşıb

İqor Talkovun qətli ilə bağlı istintaq 33 il sonra yekunlaşıb
426 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İqor Talkovun 1991-ci ildə törədilən qətlinin istintaqı yekunlaşıb.

Axşam.az xəbər verir ki, Talkovun konsert direktoru Valeri Şlyafman törədilmiş qətldə və adam öldürməyə cəhddə ittiham olunub. Müstəntiqlərin fikrincə, 1991-ci ilin oktyabrında Talkov digər musiqiçilərlə birlikdə "Yubileynıy" İdman Sarayında çıxış etməli imiş. 

Konsert günü sənətçilərin çıxış sırası dəyişib, bu da Talkov ilə müğənni Əzizənin nümayəndəsi İqor Malaxov arasında münaqişəyə səbəb olub. Bir anda Malaxov Talkovun soyunub-geyinmə otağına girməyə çalışıb, lakin müğənninin mühafizəçiləri onu içəri buraxmayıblar. Sonra Malaxov silahı çıxarıb və dəhlizdə atışma baş verib. Həmin an dəhlizə çıxan sənətçi onun qurbanı olub.

Şlyafman tapança ilə Malaxova atəş açmaq istəyərkən Talkovu ölümcül yaralayıb. İstintaq Komitəsi bildirib ki, bundan əvvəl İsrailə qaçan və soyadını dəyişdirən Şlyafman ehtiyatsızlıqdan qətl törətməkdə ittiham olunub. Lakin sonradan müstəntiqlər Şlyafmanın qəsdən cinayətlər törətməkdə əli olduğu qənaətinə gəliblər. İstintaq Komitəsi qeyd edib ki, o, Malaxova “baş vermiş münaqişə ilə bağlı şəxsi düşmənçilik münasibətləri zəminində onu öldürmək məqsədi ilə” atəş açıb.

 

İstintaq zamanı bütün Rusiya üzrə 150-dən çox şahid dindirilib, onların arasında estrada artistləri, İdman Sarayının əməkdaşları və hadisə yerində olan polislər də olub.