"Gözüm 50 faiz görmə qabiliyyətini itirib"

"Gözüm 50 faiz görmə qabiliyyətini itirib"
1017 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Cem Yılmazın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə aktyor şousu zamanı tamaşaçılarına danışıb. Həkimə getdiyini açıqlayan Cem Yılmaz sağ gözünün görmə qabiliyyətinin yarısını itirdiyini bildirib:

"Gözüm görmür. Həkimə getdim, sağ gözümdə çox maraqlı bir xəstəlik olduğunu dedi. Torlu qişa arxadakı yerindən ayrılıb. Gözüm 50 faiz görmə qabiliyyətini itirib".