Kirkorov övladlarına böyüdükdən sonra maddi yardım etməyəcəyini açıqladı

Kirkorov övladlarına böyüdükdən sonra maddi yardım etməyəcəyini açıqladı
629 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filip Kirkorov övladlarını böyüdükdən sonra maddi cəhətdən təmin etməyəcəyini bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə NTV kanalında yayımlanan “Bir zamanlar” verilişində danışıb. Onun sözlərinə görə, oğlu Martin və qızı Alla Viktoriyanın hər şeyə özlərinin nail olmasını istəyir:

"Hər şeyi özlari qazanacaqlar. Bu mənim evimdir. Öz həyatınızı özünüz nizamlamalısınız. Onlar bunu bilirlər. Ömürlərinin sonuna qədər onlarla birlikdə qaçacaq Filip Kirkorov şəklində heç bir önlük olmayacaq. Təbii ki, mən həmişə yanlarında olacağam və kömək edəcəyəm, lakin onlar öz həyatlarını özləri tənzimləməlidirlər. Onları qayğı ilə əhatə etməyə çalışıram, amma övladlarımı korlamıram".