Türkiyəli aktrisa Şükran Ovalının yeni fotoları ona baha başa gəlib.
Axşam.az xəbər verir ki, çimərlikdə istirahət etdiyi anları sosial media hesabında paylaşan aktrisanın fotoşopu diqqət çəkib. Qarın bölgəsini daha incə göstərməyə çalışan Şükran bu zaman qollarının enləndiyini gözdən qaçırıb.
Aktrisanın fotoşop etdiyi izləyicilərin diqqətindən yayınmayıb. Buna görə lağa qoyulan aktrisa həmin fotoları hesabından silib.
Qeyd edək ki, Şükran son olaraq "Yarqı" serialında rol alıb.


