Barbadoslu dünyaca məşhur müğənni Rihanna uzun aradan sonra öz saçları ilə görüntülənib.
Axşam.az xəbər verir ki, 36 yaşlı ifaçı Los-Ancelesdə təqdimatlardan birinə qatılıb. Ötən günlərdə paparatsilərə yeni saçları ilə tuş gələn müğənni tədbirə də eyni görünüşdə qatılmaq qərarı alıb.
Uzun müddətdir parikdən istifadə edən və görünüşündə tez-tez dəyişiklik edən Rihannanın bu halı maraq oyadıb.

