İsveçin "Pophouse" şirkəti Elvis Preslinin rəqəmsal avatarını qastrol səfərinə göndərmək niyyətindədir.
Axşam.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Turda sənətçinin əvəzinə rəqəmsal avatarı çıxış edəcək. Bu, holoqrafiya texnologiyası vasitəsi ilə mümkün olacaq.
Qeyd edək ki, şirkət daha əvvəl "ABBA" qrupunun virtual şousunu təşkil etmişdi.