Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan vatsap istifadəçilərə yeni funksiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Belə ki, iOS əməliyyat sisteminin 12.24.10.74 növündə profil fotoşəkillərinin ekran görüntülərini kilidləmək mümkündür.
Yaxın gələcəkdə yeniliyin geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.