Türkiyəli aktyor aktyor Burak Sergenin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Siyah kalp" serialına çəkilməyə hazırlaşır. O, layihədə aktrisa Ece Uslunun tərəf müqabili olacaq və "Seregen"i canlandıracaq.
Qeyd edək ki, Burak son olaraq "Hudutsuz sevda" serialında "Rızvan Leto"ya həyat verib. O, ötən ay 63 yaşlı aktyor özünə məxsus olan teatrın baş direktoru vəzifəsində çalışan Gizem Şağbanla evlənib.
