Səhhətində problemlər yaşayan türkiyəli aktyor Settar Tanrıöğen görüntülənib.
Axşam.az xəbər verir ki, 63 yaşlı sənətçi son rol aldığı ekran işinin aktyorları ilə bir araya gəlib.
O, Serkan Tınmaz, Emrah Altıntoprak və Rahimcan Kapkap ilə görüşüb.
Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən 3 dəfə əməliyyat olunub. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyib.
