Keyt Middlton xəstəliyindən yazdı

Keyt Middlton xəstəliyindən yazdı
1432 dəfə oxunub
  • A-
  • A
  • A+

Uels şahzadəsi Keyt Middletonun altı ay ərzində ictimaiyyət qarşısında görünmədikdən sonra onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlaması bir çox söz-söhbətə səbəb olub.

Axşam.az xəbər verir ki, hazırda onun tədbirlərə qatılmaması, hər paylaşımı gündəm olur. Hazırda onunla bağlı bütün xəbərləri yalnız insayderlərdən öyrənmək mümkündür. Bəziləri Keytin getdikcə pisləşdiyini iddia edir.

Keyt sükutu pozaraq, başına gələnlərdən danışdı.

Uels şahzadəsi sosial şəbəkədəki rəsmi hesabında Keytin şəxsən yazdığı yeni yazı peyda olub. Orada o, müalicəsində irəliləyişlərin yaxşı olduğunu və tezliklə növbəti kral tədbirində - monarxın ad günü şərəfinə keçirilən Rəngli paradda, eləcə də bu yay bir sıra digər mühüm tədbirlərdə hamı ilə görüşməyə hazırlaşdığını qeyd edib. O, işini tərk etməyib və evdən işini davam etdirdiyini yazıb.

“Müalicədə yaxşı irəliləyiş əldə edirəm, lakin xərçənglə mübarizə aparanlar bilirlər ki, müalicədə həm yaxşı, həm də pis dövrlərdən keçə bilərsiniz. Müalicəm davam edir və bir neçə ay davam edəcək. Özümü yaxşı hiss etdiyim günlərdə uşaqların məktəb həyatına diqqət yetirməyə və mənə enerji və pozitivlik verən şeylərə vaxt ayırıram. Digər işlərlə yanaşı, mən evdən kiçik bir iş görməyə başladım. Ümid edirəm ki, bu yay bəzi ictimai tədbirlərdə iştirak edəcəyəm. Bədənimə qulaq asıram və özümü sağaltmaq üçün vaxt ayırmağa icazə verirəm" deyə, o, əlavə edib.