Bu gün onun ad günüdür - fotolar

Bu gün onun ad günüdür - fotolar
2979 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaşöhrətli müğənni Cennifer Lopezin ad günüdür.
 
Axşam.az-ın məlumatına görə, 45 yaşı tamam olan ulduz 1969-cu ildə Nyu-Yorkda doğulub. Bütün dünya üzrə 55 milyondan çox albomu satılan müğənni "Qremmi", "American Music Awards" ("Amerika Musiqi Mükafatları"), "Qızıl qlobus" kimi mükafatların bir neçə nominasiyalar üzrə sahibidir.
 
İfaçılıqla yanaşı, Cey Lo aktrisa, modelyer, rəqqasə, prodüser və biznes-ledi kimi də özünü sınayıb. İctimai layihələrdə də fəal iştirak edən Cennifer  "Mənim ailəm", "Gəl, rəqs edək", "Cersidən olan qız", "Selena", "Cek" və s. filmlərdə unudulmaz rolları ilə yadda qalıb.

2004-cü ildə Mark Entoni ilə ailə quran və ötən ay boşanan  C.Lopezin 6 yaşlı Maks və Emmi adlı əkizləri var.