Alsu 300 milyonluq mənzilini satır - Fotolar

Alsu 300 milyonluq mənzilini satır - Fotolar
721 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovla boşanma ərəfəsində Moskvanın mərkəzindəki mənzilini satır.

Axşam.az xəbər verir ki, ifaçı 300 milyon rubl (təxminən 5 milyon 825 min 310 manat) dəyərində mənzil ona valideynləri tərəfindən hədiyyə edilib.

Mülk 5 otaqdan ibarətdir. Obyektin sahəsi 247 kvadratmetrdir. Mənzildə üç yataq və vanna otağı, mətbəx-yemək otağı, ofis, soyunub-geyinmə otağı olan zal, həmçinin sauna var. Qeyd olunur ki, mənzildə çoxlu antik mebellər yer alıb. Evin dizaynı neoklassik üslubda hazırlanıb. 

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır. Alsu boşanmaq üçün məhkəməyə müraciət edib.