Türkiyədə daha bir fenomen cütlük saxlanıldı - Video

Türkiyədə daha bir fenomen cütlük saxlanıldı - Video
2334 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə daha bir fenomen cütlük saxlanılıb.

Axşam.az xəbər verir ki, istintaq çərçivəsində gözəllik mərkəzi sahibləri, fenomen cütlük Neslim Güngen və həyat yoldaşı İnanç Güngen saxlanılıb. Saxlanılan Güngen cütlüyü ifadələrini almaq üçün İstanbul İl Polis İdarəsinə aparılıb.

Xatırladaq ki, Neslimin 127 gözəllik mərkəzinin olduğu bildirilir. Bir müddət əvvəl prokurorluq cütlüyün məkanları haqqında araşdırma başladaraq, əmlaklarına müsadirə qoymuşdu.

Qeyd edək ki, daha əvvəl keçirilən əməliyyatlarda saxlanılanlar arasında fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat da olub. Həbsdə olan cütlüklə bağlı istintaq davam edir. Son olaraq prokurorluq onların 20 ildən 40 ilə qədər həbsini istəyib.