Türkiyəli müğənni Mahsun Kırmızıgül İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında fars dilində paylaşım edərək ondan ölkədə qadın haqları ilə bağlı islahat aparmasını xahiş edib:
“Prezident Məsud Pezeşkianı təbrik edirəm. Sizdən ən böyük xahişim iranlı qadınların həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatlar aparmağınızdır. Sizi qadınlarımızın qəddarlıq və zorakılıq olmadan, dinc, xoşbəxt yaşaması üçün lazımi addımları atmağa ürəkdən çağırıram. Əgər siz bu islahatları aparsanız, sizə söz verirəm, İranın ən böyük stadionunda pulsuz konsert verəcəyəm”.
