Polşalı aktyor Yeji Ştur vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 77 yaşında dünyasını dəyişib. O, ömrünün son illərində xərçənglə mübarizə aparırdı. Aktyor həmçinin infarkt keçirib və səhhətində bir çox başqa problemlər olub.
Yeji ötən gecə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Yeji 60-dan çox filmdə rol alıb. O, bir neçə layihənin rejissor kürsüsündə əyləşib.