Şeron Stoun insultdan sonra bütün sərvətini itirdiyini açıqladı

Şeron Stoun insultdan sonra bütün sərvətini itirdiyini açıqladı
741 dəfə oxunub
  • A-
  • A
  • A+

66 yaşlı Hollivud ulduzu Şeron Stoun 2001-ci ildə insult keçirdikdən sonra insanların ondan istifadə etdiyi üçün sərvətini itirdiyini açıqalyıb.

Axşam.az xəbər verir ki, aktrisa bu müddət ərzində 18 milyon dollar itirib.

Onun sözlərinə görə, 2001-ci ildə beyin qanaması keçirdikdən sonra sağalmayacağına əmin olan insanlar aktrisadan istifadə ediblər:

"18 milyon dollar əmanətim var idi, amma bir gün bank hesabıma baxanda gördüm ki, hər şey yoxa çıxıb. Soyuducum, telefonum - hər şey başqa adamların adına yazılıb. Pulum yox idi.

Fikirlərim bundan sonra 100 faiz dəyişib. Ölüm təcrübəm oldu, sonra məni geri gətirdilər. Buddist rahib mənə eyni bədəndə reinkarnasiya edildiyimi söylədi. Doqquz gün qanaxmam oldu, ona görə də beynim üzümün ön hissəsinə doğru itələndi. Bu baş verəndə hər şey dəyişdi, bir neçə ildir ki, mən heç nə oxuya bilmirdim".