Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Teoman 30 ildir istifadə etdiyi gitarasını hərracda satıb.
Axşam.az-ın məlumatına görə, ifaçının gitarasını kimin aldığı ortaya çıxıb. Musiqi alətinə 466 min lirə ödəyərək alan şəxs müğənni Kənan Doğuludur.
Qeyd edək ki, Teoman satışdan əldə etdiyi gəliri Uşaqların Müdafiəsi Agentliyinə ianə edib.