Türk fenomen yenidən saxlanıldı

Türk fenomen yenidən saxlanıldı
944 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gaga Bulut" olaraq tanınan türkiyəli fenomen Bulut Altuğ saxlanılıb.

Axşam.az xəbər verir ki, 27 yaşlı fenomen sosial media hesabında qeyri-qanuni mərc saytlarının həvəsləndirici reklamlarını paylaşıb.

İzmir İl Təhlükəsizlik Müdirliyinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, Karşıyaka Respublika Prokurorluğu tərəfindən keçirilən əməliyyatda Altuğ evində saxlanılıb.

Qeyd edək ki, Altuğ daha əvvəl Prezident və dövlət qurumlarını təhqir etmə, şantaj, ədəbsiz hərəkət, uşağa qarşı cinsi istismar və şəxsi həyatın toxunulmazlığını pozma ittihamları ilə saxlanılıb, haqqında araşdırma aparılıb.