İkinci Qərb Dairə Hərbi Məhkəməsi aktyor Aleksey Panini internetdə açıq şəkildə terrora haqq qazandırdığına görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib.
Axşam.az xəbər verir ki, o, üç il müddətinə sosial şəbəkələrdən uzaqlaşdırılıb.
Onun barəsində cinayət işinin başlanmasına səbəb aktyorun 2022-ci ildə Krım körpüsündə baş vermiş partlayışla bağlı paylaşımı olub. Sözügedən cəza Panin Rusiya ərazisində saxlanıldığı və ya ölkəyə ekstradisiya edildiyi andan hesablanacaq.
Qeyd edək ki, 47 yaşlı aktyor 2020-ci ildə İspaniyaya mühacirət edib, bu yaxınlarda isə ABŞ-yə köçüb. Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Aleksey Rusiya hakimiyyətinin hərəkətlərini açıq şəkildə pisləyib. Bundan əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Panini axtarışa vermişdi. Həmçinin, Moskvanın Qaqarinski Rayon Məhkəməsi terrora haqq qazandırmaqda ittiham olunan və axtarışa verilən aktyor Panini qiyabi həbs edib.