Türkiyəli aktrisa Ahu Tuğbanın cənazəsi Türkiyəyə gətirilib.
Axşam.az xəbər verir ki, mərhumun sənəd işlərində problem yarandığı üçün cənazəsi ABŞ-də saxlanılıb. Onun ölüm səbəbi araşdırılıb. Nəhayət, 25 gün sonra aktrisanıb nəşi vətəninə göndərilib.
Bildirilib ki, dəfn mərasimi ya bu gün, ya da sabah İstanbulda baş tutacaq.
Qeyd edək ki, Ahu Tuğba Mayamidə evində vəfat edib.