Həbsxanada olan Diddi yeməkdən imtina edib

Həbsxanada olan Diddi yeməkdən imtina edib
503 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs həbsxanada yeməkdən imtina edib.

Axşam.az xəbər verir ki, buna səbəb reperin zəhərlənəcəyindən qorxmasıdır. Bu barədə Amerikanın “News Nation” nəşri hüquq müdafiəçisi və keçmiş məhbus Larri Levinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kombsın ittiham olunduğu cinayətlərdə əli ola biləcək şəxslər reperi aradan qaldıra bilər:

“Həbsxana işçiləri az maaş alırlar. Əgər kimsə onların yeməyini zəhərləsə, o, infarkt keçirəcək və heç kim heç nə bilməyəcək”.

Qeyd edək ki, daha əvvəl reper "50 Cent" P.Diddinin cinayətləri haqqında film çəkəcək.