Alopesiya Universal (tükün qaş, baş hissəsində dairəvi formada tökülməsi) xəstəliyi ilə mübarizə aparan İşın Karaca son halını izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, xəstəliyinin metastaz verdiyini açıqlayan sənətçi şüa terapiyasından sonra üzünün yandığını bildirib.
Müğənni üzündəki izləri makiyaj və filterlə gizlətməyə çalışsa da, yaralarının böyük olması səbəbindən buna nail ola bilmədiyini deyib.
