Rus aktrisa İsrailə raket zərbələri zamanı yaşadığı anları paylaşdı - Video

Rus aktrisa İsrailə raket zərbələri zamanı yaşadığı anları paylaşdı - Video
608 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktrisa Anastasiya Tsvetaeva İranın İsrailə raket hücumu ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, İsraildə olan aktrisa oğlu Akiva ilə bombalardan qorunmaq üçün otaqlardan birində gizləndikləri anı izləyiciləri ilə bölüşüb:

"Akiva ilə bombadan qorunmaq üçün bu otaqda oturmuşuq. Evdə başqa heç kim yoxdur. Ester (qızı) dostu ilədir. Ərim avtobusla evə gəlir. Kuzya (oğlu) ən təhlükəsiz yerdə - ölkənin cənubunda, Qəzza zolağının sərhədlərinə yaxın yerdədir. İran İsrailə ballistik zərbələr endirib".

Qeyd edək ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.