Şumaxer qızının toyunda fotosu çəkilməsin deyə bunu etdi - 11 ildən sonra

Şumaxer qızının toyunda fotosu çəkilməsin deyə bunu etdi - 11 ildən sonra
1796 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın Alp dağlarında xizək sürərkən qəzaya uğrayaraq ağır kəllə-beyin travması alan əfsanəvi pilot Mixael Şumaxer 11 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, o, qızı Cina Mariyanın Mayorkadakı toyunda iştirak edib.

Toydan heç bir fotoşəkil olmasa da, hadisə şahidlərinin sözlərinə görə, 55 yaşlı Şumaxer məclisdə şəklinin çəkilməməsinə çalışıb. Toyda qonaqlardan smartfonlarını təhlükəsizlik xidmətinə təhvil vermələri istənilib. Şumaxerin 27 yaşlı qızı xizəklə tullanmaçı Yan Betke ilə ailə həyatı qurub.

Bununla belə məclisdən bir neçə foto çəkilsə də, Şumaxer lentə alınmayıb.

Qeyd edək ki, qəza 2013-cü ildə baş verib. Alp dağlarında xizək sürərkən Şumaxer yıxılıb və başını dağ yamacına vurub, nəticədə ağır kəllə-beyin travması alıb. Onun müalicəsi hələ də davam edir.

Fotoda: Şumaxerin atası Rolf və qardaşı Ralf Şumaxer