2023-cü il oktyabrın 28-də Metyu Perrini həddindən artıq dozaya səbəb olan dərmanlarla təmin etməkdə ittiham olunan həkim Mark Çaves günahkar olduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ Prokurorluğu Perriyə birbaşa ketamin verən digər həkim Salvador Plasensiyaya qarşı getdikcə daha ciddi ittihamlar irəli sürməyə başlayanda Çaves istintaqla əməkdaşlığa razılaşıb.
O, ümumilikdə, 22 beş millilitrlik flakon ketamin və doqquz ketamin həb təqdim etdiyini etiraf edib.
Çaves aprelin 2-də hökm çıxarılana qədər zaminə buraxılacaq. Həkimin pasportu əlindən alınıb və onun tibbi lisenziyası ləğv edilib. Günahını etiraf etməsinə baxmayaraq, həkim yenə də 10 il həbs cəzası ala bilər.
Xatırladaq ki, aktyor oktyabrda Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanıəlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.