Uspenskayanın 2 gündür itən qızı tapıldı

Uspenskayanın 2 gündür itən qızı tapıldı
1542 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün qızının itdiyini elan edən Ukraynadan olan müğənni Lyubov Uspenskaya xoş xəbər alıb.

Axşam.az xəbər verir ki, sənətçinin iki gündür əlaqə qura bilmədiyi övladı Tatyana Plaksinanın Rusiyada olmadığı üzə çıxıb.

O, səfərə çıxmamışdan əvvəl anasına heç bir xəbərdarlıq etmədən ölkəni tərk edib.

Müğənni buna baxmayaraq, qızını evə qaytarmaq üçün xarici hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, ötən gün müğənni qızının qaçırıldığını ehtimal etdiyini bildirmişdi.