Məşhur "Şahzadə qızın gündəlikləri" filminin üçüncü hissəsi çəkiləcək.
Axşam.az xəbər verir ki, bu barədə ekran işinin əvvəlki bölümlərdə baş rolu canlandıran aktrisa Enn Heteuey özü məlumat yayıb. O, yenidən "Mia Termopolis" (Genoviya şahzadəsi) obrazı ilə kamera qarşısına keçəcək.
"Möcüzələr baş verir! Mən "Disney"də "Genoviya" ilə qayıdıram" deyə, Enn bildirib.
Filmin prodüseri Adel Lim olacaq. Ekran işində hansı aktyorların rol alacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, ekran işi yazar Meq Kebotun gözlənilmədən Genoviya krallığınım şahzadə olduğunu bilən adi amerikalı Mia Termopolis haqqında yazdığı kitablar silsiləsi əsasında hazırlanıb.