2012-ci ildə dünyasını dəyişən məşhur müğənni Uitni Hyustonun anası, ifaçı Sissi Hyuston vəfat edib.
Axşam.az xəbər verir ki, o, 91 yaşında ABŞ-ın Nyu-Cersi ştatında hospisdə (ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisəsi - red.) dünyasını dəyişib.
O, Altsheymer xəstəliyindən əziyyət çəkirdi və həyatının son illərini hospisdə keçirib.
Qeyd edək ki, Sissi Hyuston 1960-cı illərdə İncil müğənnisi kimi şöhrət qazanıb. O, solo karyerasına keçməzdən əvvəl Aretha Franklin və Elvis Presley kimi sənətçilərin dəstək vokalçısı kimi fəaliyyətə başlayıb. Sənətçi iki dəfə “Qremmi” qazanıb.
Müğəninin qızı Uitni Hyuston 2012-ci ildə, üç il sonra isə nəvəsi (Uitninin yeganə qızı - red.) Bobbi Kristina Braun vəfat edib.
