Yaponiyanın oyuncaq istehsalçısı "MegaHouse" şirkəti dünyanın ən kiçik rubik kubunu hazırlayıb.
Axşam.az xəbər verir ki, kubun hər üzü alüminiumdan hazırlanıb. Onu hər kubunun diametri təxminən beş millimetr, ümumi çəkisi isə 0,3 qramdır.
Rubik kubunu əvvəlcədən sifarişlə 5300 dollara əldə etmək mümkündür.
Qeyd edək ki, şirkət oyuncağın konseptini 4 il əvvəl hazırlamağa başlayıb.