2024-cü il ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı Nobel Komitəsi yayıb.
Bildirilib ki, mükafata 53 yaşlı Cənubi koreyalı yazar Han Kang layiq görülüb.
O bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb.