Cordanın əşyaları hərraca çıxarılacaq

Cordanın əşyaları hərraca çıxarılacaq
433 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın əşyaları hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, idmançının 1996-1997-ci illərdə NBA mövsümündə geyindiyi forma satışa qoyulacaq.

Onun 4-6 milyon dollar arasında satılacağı ehtimal olunur.

Hərracda 1992-ci il Olimpiadasında mükafatlandırma zamanı basketbolçunun pencəyindəki idman markasının loqosunu örtdüyü ABŞ bayrağı da təqdim ediləcək. Onun üzərində komanda üzvlərinin imzası var. Bayraq 1 milyon dollardan çox qiymətləndirilir.