Məşhur aktyor serialdan öz istəyi ilə gedir - Foto

Məşhur aktyor serialdan öz istəyi ilə gedir - Foto
4703 dəfə oxunub
  • A-
  • A
  • A+

"Güzel aşklar diyarında" serialında dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, aktyor Halil Ergün layihədən ayrılacaq. O, ekran işində "Hakim" obrazını canlandırırdı. Belə ki, aktyor özü serialdan ayrılmaq istəyib və ssenaristdən ona "ölüm" səhnəsinin yazılmasını tələb edib. Buna səbəb serialın ssenaristinin dəyişməsindən sonra ssenarinin əvvəlkindən fərqlənməsi olub.

Qeyd edək ki, serialın baş rollarını Özgü Kaya ilə Burak Berkay Akgül paylaşır.