“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Jacob & Co" zərgərlik brendi ilə birlikdə saat kolleksiyasını buraxıb.
Axşam.az xəbər verir ki, idmançı bu barədə instaqram səhifəsində məlumat yayıb.
O bildirib ki, həmişə öz saat xəttinin olmasını arzulayıb.
Brend oyunçunun meydançadakı ən simvolik anlarından ilhamlanaraq "Flight of CR7" və "Heart of CR7" modellərini yaradıb.
