Klint İstvudun aktrisa qızı həbs edildi

Klint İstvudun aktrisa qızı həbs edildi
416 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Klint İstvudun qızı, amerikalı aktrisa Françeska İstvud ailədaxili zorakılıqda şübhəli bilinərək Los-Ancelesdə həbs edilib.

Axşam.az xəbər verir ki, bu barədə "Los-Angeles Times" məlumat yayıb.

31 yaşlı qadın Beverli-Hills polisinə onun haqqında şikayət daxil olduqdan sonra nəzarətə götürülüb. Məhkəmə onun azad olunması üçün girov məbləğini 50 min dollar təyin edib.

Aktrisanın nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər.