Diddini ittiham edənlərin adları tələb olunur

Diddini ittiham edənlərin adları tələb olunur
432 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs prokurorlardan onu ittiham edənlərin adlarını açıqlamasını istəyir.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məhkəmə sənədlərinə əsasən məlumat yayıb.

Vəkilləri tərəfindən məhkəməyə göndərilən məktubda deyilir ki, 54 yaşlı Kombs mayın 5-də keçiriləcək məhkəmə prosesinə hazırlaşmaq üçün ittihamçılarının adlarını və sayını bilməlidir. Lakin prokurorluq indiki mərhələdə onların adlarının açıqlanmasına etiraz edib.

Qeyd edk ki. reper ittihamlar üzrə özünü təqsirli bilməyib. O, məhkəməyə qədər həbsxanada qalacaq.