Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Hadisə Açıkgözlə rejissor Şenol Sönmez sevgilidir.
Axşam.az-ın məlumatına görə, cütlük arasında münasibətlər 2 ay əvvəl başlayıb. Onlar münasibətlərini gizli saxlamağa çalışırlar.
Qeyd edək ki, Hadisə ilk dəfə "Esas oğlan" serialı ilə aktrisa kimi ekranda görünəcək. Şenol isə sözügedən ekran işinin rejissorudur.
Onu da qeyd edək ki, Hadisə ötən il iş adamı Mehmet Dinçerlerlə ailə qurub və qısa vaxt sonra boşanıb. Onun adı daha sonra iş adamı Yalçın Ayaydının oğlu Mərd Ayaydınla hallanıb.