Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koç aktrisa Hazal Subaşı ilə sevgilidir.
Axşam.az-ın məlumatına görə, cütlük ilk dəfə birlikdə görüntülənib. Onlar məkanlardan birindən əl-ələ çıxarkən obyektivlərə tuş gəliblər.
Qeyd edək ki, Hazal bir neçə gün əvvəl sevgilisi Atakan Başsavcıdan ayrılıb. Oğuzhan isə mayda aktrisa Demet Özdəmirdən boşanıb.