Cici Hadid ilk dəfə Bredli Kuper haqqında danışdı

Cici Hadid ilk dəfə Bredli Kuper haqqında danışdı
694 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur supermodel Cici Hadid aktyor sevgilisi Bredli Kuperlə bağlı ilk dəfə açıqlama verib.

Axşam.az xəbər verir ki, bu barədə model "Victoria's Secret" şousunda sualları cavablayarkən danışıb. O, Kuperin niyə onu dəstəkləmək üçün şouda iştirak etməməsinə belə aydınlıq gətirib.

Cici qeyd edib ki, Kuper rusiyalı məşhur model İrina Şeykdən olan qızı Liya ilə vaxt keçirir:

"O, bu gün şounu evdən izləyir. Kuper bir ata kimi öz vəzifələrini yerinə yetirir. Ancaq o, məni çox dəstəklədi".

Xatırladaq ki, sözügedsən şouda Cici ilə yanaşı İrina da podiuma çıxıb. Bu səbəbdən qızları tək qalmasın deyə Kuper övladı ilə vaxt keçirib.

Qeyd edək ki, müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Maraqlı məqamlardan biri də həmin ərəfədə DiKaprio ilə İrina arasında da münasibət olduğu iddia edilib. Cici ilə Zaynın bir qız övladı var.