Dilan Polatla bacısı barəsində istintaq başladıldı

Dilan Polatla bacısı barəsində istintaq başladıldı
1880 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sosial media fenomeni Dilan Polatla bacısı Sıla Doğu barəsində istintaq başladılıb.

Axşam.az xəbər verir ki, buna onların sosial mediada yayılan görüntüləri səbəb olub. 

Əyləncə məkanlarından birində lentə alınan görüntülərdə iki bacı dodaq-dodağa olub.

İstanbul Respublika Prokurorluğu Dilan və Sıla barəsində "qeyri-etik hərəkətlər" maddəsi ilə rəsmi istinaq başladıb.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.