Ər-Riyadda 22 il əvvəlki paltarını geyindi

Ər-Riyadda 22 il əvvəlki paltarını geyindi
940 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kəsişən yollar" filmindəki roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" qazanan aktrisa Helli Berri Səudiyyə-Ərəbistanındakı səs-küylü gecəyə qatılanlar arasında yer alıb.

Axşam.az xəbər verir ki, aktrisa paytaxt Ər-Riyadda keçirilən şouda olub.

58 yaşlı aktrisa geyimi ilə diqqət çəkib. O, 2002-ci ildə "Oskar" mərasimində geyindiyi paltarı yenidən istifadə edib. İştirak etdiyi tədbirdə podiuma çıxan amerikalı aktrisa gənc və fit görünüşü ilə sosial mediada gündəmə gəlib.