2 rus reper Amerikada saxlanıldı

2 rus reper Amerikada saxlanıldı
215 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın Kaliforniya ştatında polis iki rusiyalı reper Kai Angel (Dmitri Itskov) və 9mice (Sergey Dmitriev) saxlayıb.

Axşam.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları reperlərin ictimai asayişi pozduğunu bildiriblər.

Dmitri və Sergey Los-Ancelesdə klip çəkdiriblər. Çəkilişlərdə silahlardan və çox sayda avtomobildən istifadə edilib. Bu zaman polis onlara müdaxilə edib və reperlər saxlanılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.