"Uşağım olacaq, gözləyin" - Oktay Kaynarca

"Uşağım olacaq, gözləyin" - Oktay Kaynarca
1068 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Oktay Kaynarca tədbirlərin birində müxbirlərin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, jurnalistlərdən biri aktyora "Uşaq qucağınıza çox yaraşdı" deyə, bildirib. Oktay müxbirin sualına təəccüblənib və bu cür cavab verib:

"Uşaq hamının qucağına yaraşır. Yaraşmadığı biri var ki? Uşağın yaraşmayacağı bir adam deyə bilərsiniz mənə?".

Müxbir cavabın ardından aktyordan "Uşağınızın olmağını istəmirsiniz" deyə, soruşub. 

Kaynarca suala gülərək "Uşağım olacaq, bunu edəcəyəm, gözləyin. Başlasam, dayanmayacağam" deyə söyləyib.