Acun haqqında istintaq başladıldı

Acun haqqında istintaq başladıldı
1325 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli iş adamı Acun Ilıcalı, eyni zamanda rəhbəri olduğu "TV8" telekanalı və "Exxen" rəqəmsal platformasının səlahiyyətli şəxslərinə qarşı "qanunsuz mərc və reklamı təşviq etmək" iddiası ilə istintaq başladılıb.

Axşam.az xəbər verir ki, istintaq İstanbul Respublika Prokurorluğunun Kompüter Cinayətləri İstintaq Bürosu tərəfindən aparılır.

İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilib.