"Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 Yanvar" metrostansiyası tərəfdə dedi ki, Aynur, gəl, səni qaçırdım. Dedim ki, anandan qorxuram".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Bir gün" verilişində deyib. Sənətçi həmkarı İzzət Bağırovla bağlı etiraf edib:
"Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə, deməli, aralarında nələrsə var. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşətli dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə, İzzət də lovğana-lovğana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım".