ABŞ-nin Kaliforniya ştatında bir neçə gündür başlayan genişmiqyaslı meşə yanğınları hələ də davam edir.
Axşam.az xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 11-ə çatıb. Yanğın zamanı Los-Ancelesdə bir çox məşhurun evi yanıb kül olub.
Onların siyahısına “Hilton” hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton, tanınmış aktyorlar Mel Gibson və Entoni Hopkins də daxil olub.
M.Gibson mediaya açıqlamasında 15 ildir həmin ərazidə yaşadığını, hələ bu dərəcədə genişmiqyaslı yanğın görmədiyini deyib.

E.Hopkins isə instaqram hesabında paylaşım edərək yanğınlar fonunda “özümüzlə aparacağımız yeganə şeyin bəxş etdiyimiz sevgi olduğunu xatırlamaq önəmlidir”, - deyib.

Hilton isə evinin kül olan görüntülərini izləyiciləri ilə bölüşüb.
