Bakıda qar yağacaq - Xəbərdarlıq

Bakıda qar yağacaq - Xəbərdarlıq
6607 dəfə oxunub
  • A-
  • A
  • A+

Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir.

Axşam.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:

“Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur. Amma bu hələ tam dəqiq məlumat deyil, çünki dəqiq proqnoz üç gün əvvəldən verilsə özünü doğruldur”.