Polisdən qaçmaq istəyən model faciəvi şəkildə öldü - Fotolar

Polisdən qaçmaq istəyən model faciəvi şəkildə öldü - Fotolar
2481 dəfə oxunub
  • A-
  • A
  • A+

Bayram tətili üçün Türkiyənin Giresun bölgəsinə gedən 27 yaşlı model Güler Erdoğan faciəli şəkildə vəfat edib.

Axşam.az xəbər verir ki, əyləncə məkanlarından birinə gedən model oradan maşını ilə gecə saatlarında çıxıb. Giresundakı polis nəzarət məntəqəsində yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib. 

Bu zaman o, avtomobilini ataraq qaçıb. Üst keçidlə qaçdığı zaman yola yıxılıb və ağır yaralanıb. Hadisə yerinə həkimlər cəlb edilsə də, Güler Ərdoğanın həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, Güler “Miss Europe Kosovo” tituluna sahib olub və model agentliyində çalışıb. Onun psixoloji problemləri olduğu və əvvəllər də intihara cəhd etdiyi bildirilir.