Timatinin üçüncü övladı olacaq? - Video

Timatinin üçüncü övladı olacaq? - Video
640 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur reper Timatinin özündən 20 yaş kiçik model sevgilisi Valentina İvanovanın videosu müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, model yayımladığı görüntülərdə hamilə olduğuna işarə edib. Timati özü isə buna təəccüblənərək reaksiya verib.

Videonun zarafat, yoxsa real məqsədlə çəkildiyi isə sual altında qalıb. 

Qeyd edək ki, Timati ilə İvanova 2022-ci ilin fevralında münasibətlərini təsdiqləyiblər. 

Timati heç vaxt evlənməyib, lakin onun müxtəlif sevgililərindən uşaqları var. 2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı dünyaya gəlib. 2019-cu ildə bloger Anastasiya Reşetovadan oğlu Ratmir olub.