“Azərbaycanda belə şeylər olmazdı axı”

“Azərbaycanda belə şeylər olmazdı axı”
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimov və İmişlidə cəsədi tapılan 16 yaşlı qızla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi paylaşımına bunları əlavə edib:

“Bu nə deməkdir? Azərbaycanda belə hadisələr olmazdı axı. İnanınki nə deyəcəyimi bilmirəm”.

Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.