"Ürək ağrıdıcı səhnə idi"

"Ürək ağrıdıcı səhnə idi"
2461 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xarici xəbərlərdə İranda, bomba səsləri arasında, boş küçədə, təkbaşına skripka çalan birini gördüm… Ürək ağrıdıcı səhnə idi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə yazıb. İranda küçədə musiqi ifa edən bir şəxsin fotosunu yayımlayan aparıcı bunları əlavə edib:

"Etirazını və duyğularını belə ifadə edirdi. Baxmayaraq ki, o bomba onun da başına düşə bilərdi… Bu səhnəni izlədim və Azərbaycanda, güvəndə yaşadığım üçün şükür elədim… Allah bütün millətlərə müharibəsiz həyat bəxş eləsin".